Qəza Bakıxanov qəsəbəsində qeydə alınıb Qəza Bakıxanov qəsəbəsində qeydə alınıb
  • Toplum
  • 13 May 2022 21:43
  •  8 404

Bakıda piyadanı avtomobil vurub

Qəza Bakıxanov qəsəbəsində qeydə alınıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Hüseynov Hüseyn Əmirxan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.