Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilib Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilib
  • Toplum
  • 20 May 2022 21:43
  •  4 986

Dörd ayda 2,5 tona yaxın narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilib

Mayın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan Trend-ə bildiriblər ki, tədbirdə cari ilin yanvar-aprel aylarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 829 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 2353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 36-sının xarici ölkə vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon manat qiymətləndirilməsi barədə məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb.