- Toplum
- 3 İyun 2022 19:45
- 5 833
Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq
Tərəflər həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələlərinə də müzakirə ediblər
Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə olunub.
Aznews.az xəbər verir ki, qeyd olunan məsələyə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə toxunulub.
Tərəflər həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələlərinə də müzakirə ediblər. AZPROMO-nun rəhbəri ölkədə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.
Görüşdə həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.