• Toplum
  • 27 İyun 19:00
  •  2 516

Son sutkada 12 nəfər COVID-19-a yoluxub

6 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 161 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 541, ötən müddət ərzində isə ümumilikdə 6 956 005 test aparılıb.