• Toplum
  • 28 Sentyabr 2023 22:39
  •  6 140

"Qənirə Paşayevanın vəfat xəbəri ruhumu sarsıtdı" -Fəzail Ağamalı

"İstedadlı Vətən qızı, dəyərli həmkarım Qənirə Paşayevanın vəfat xəbəri ruhumu sarsıtdı”

"Hər zaman Azərbaycan xalqı ilə, onun problemlərinin həlli ilə, milli dövlətçiliyimizlə bağlı olan istedadlı Vətən qızı, dəyərli həmkarım Qənirə xanım Paşayevanın vəfat xəbəri ruhumu sarsıtdı".

Aznews.az xəbər verir ki, bu sözləri Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

"Heyif...Çox təəssüflər olsun ki, vaxtsız sıralarımızdan getdi. O yorulmadan çalışırdı, xüsusi olaraq fəaliyyətində Türk xalqları və Türk dövlətləri arasında mədəni və milli söy - kökümüzlə bağlı qırılmaz tellərin bağlanmasında böyük fədakarlıq göstərirdi.
Qənirə xanım bütün Türk dünyasının tanıdığı, sayqı və sevgi bəslədiyi əvəzsiz insanlardan biri idi.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin!" - deputat bildirib.