• Toplum
  • 6 Fevral 23:59
  •  5 137

Azərbaycanlı diplomat vəfat edib

Diplomat Elşən Abduləzimov vəfat edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. Prezident İlham Əliyevin 2021-ci il 28 iyul tarixli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub