• Toplum
  • 24 İyun 17:04
  •  2 825

Daşqınlar qiymət artımına səbəb olacaqmı? - AÇIQLAMA

“Son zamanlar müşahidə edilən yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının yetişməsinə mane olur. Sel gələn, dolu düşən ərazilərdə isə bostan və tərəvəz bitkiləri məhv olub gedir”.

“Təbii ki, hava şəraiti ilə əlaqəli məhsuldarlığa təsir edən amillər olanda bu qıtlıq olmasa da, ən azından həmin məhsulların bahalaşmasına səbəb olur”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı ekspert qeyd edib ki, bu həmişə belə olub:

“Ona görə də indi meyvə-tərəvəzə, hava şəraitinə görə dəymiş ziyan varsa ki, var. Çox zaman regionlarda hava şəraitinin pisləşməsinin şahidi oluruq. Son zamanlar bu bazarda qiymətlərin artmasına səbəb ola bilər. Bazarda qiymət artımı müşahidə oluna bilər. Çünki iqtisadiyyatın qızıl qanunu var. Əgər mal və məhsulların bazara çıxarılması, həcmi azalırsa, mütləq qiymətlərə də təəssüf ki, təsir göstərmiş olur”.

Rəfiqə NAMAZƏLİYEVA