- Toplum
- 5 May 2025 12:44
- 7 755
Kəlbəcər sakini Daşkəsəndə itkin düşüb
Daşkəsəndə Kəlbəcər sakini meşədə itkin düşüb.
Rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonun sakini, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və bir daha evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, K.Abdullayev şəhid Şəhriyar Abdullayevin atasıdır.