Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq

Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

Aznews.az