- Toplum
- 6 Yanvar 09:53
- 2 098
Valideynlərin nəzərinə: Şagirdlərin qış tətili bu tarixdə olacaq
Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.
AzNews.az xəbər verir ki, 2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.
Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.
AzNews.az