- Toplum
- 6 Yanvar 11:43
- 1 943
41 erkən evliliyin qarşısı alınıb
2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.
Bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.
Aznews.az