- Toplum
- 6 Yanvar 16:25
- 2 300
Ötən il Azərbaycanda 149 uşaq övladlığa verilib - RƏSMİ
Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib.
Aznews.az xəbər verir ki,Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib.
Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.