• Toplum
  • 7 Yanvar 11:42
  •  1 647

AEM: Ötən il 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb

Ötən il Azərbaycanda 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, həmin apteklərdə reseptlə satılmalı olan dərman vasitələrinin reseptsiz satışına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.