I Qarabağ müharibəsində itkin düşən hərbçi Qurban Göyüşovun qalıqları Ağdamda dəfn edilib

Birinci Qarabağ müharibəsidə itkin düşən hərbçi Qurban Ramazan oğlu Göyüşovun nəşinin qalıqları Ağdamın Quzanlı qəsəbəsində ailəsinə təhvil verilib.

Aznews.az xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, rayon rəsmiləri və sakinlər iştirak ediblər.

Şəhidin qalıqları Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Qurban Ramazan oğlu Göyüşov 26.06.1974 tarixində Ağdərə rayonu Baş Güney kəndində andan olub. O, kənd ərazi özünümüdafiə batalyonunun gənc üzvülərindən biri olub. Bir neçə əməliyyatlarda xüsusi fəallığı ilə seçilib. Qurban Göyüşov 12 mart 1992-ci il tarixində Ağdərənin azərbaycanlılar yaşayan kəndlərin erməni silahlı birləşmələri tərəfindən işağlı zamanı Sırxavənd kəndi istiqamətlərində kəndə olan hücumun qarşısı alınan zamanı pusquya düşüb. Atası onu yaralı halda döyüş meydanında çıxarmağa çalışsa da, bunu görən ermənilərin həmin istiqamətdə fasiləsiz atəşləri nəticəsində yaralını çıxarmaq mümkün olmayıb.

Xatırladaq ki, Qurban Göyüşovun qalıqları lokal antiterror əməliyyatlarından sonra yaxınları tərəfindən elə atasının qoyduğu yerdə aşkarlanıb.

image description image description image description image description image description image description image description