Banqladeşli səyyah: Qarabağın keçdiyi inkişaf və modernləşmə səviyyəsi təsirləndirici məqamdır

Qarabağın keçdiyi inkişaf və modernləşmə səviyyəsi təsirləndirici bir məqamdır.

Aznews.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən banqladeşli səyyah Basant Sadasivan deyib.

“Bu mənim Qarabağa ikinci, ümumilikdə isə Azərbaycana beşinci səfərimdir. Burada olduğuma görə, çox həyəcanlıyam və həqiqətən, təsirli olan məqam Qarabağın keçdiyi inkişaf və modernləşmə səviyyəsidir. Mən bir il əvvəl burada idim və binaların yarısı mövcud deyildi. İndi isə 11 ay sonra geri qayıtmışıq və hər şey, bilirsiniz, çox gözəl və çox müasir görünür. Təkcə burada deyil, Xankəndidə də, Şuşada da və keçdiyimiz bütün digər yerlərdə də eyni mənzərəni gördük. Məncə bu, hökumətin Azərbaycan xalqına göstərdiyi sədaqət və öhdəliyin səviyyəsini göstərir. Ümid edirəm ki, gələcək səfərlərdə bu inkişaf davam edəcək və biz bu bölgənin yenidən çiçəkləndiyini görəcəyik”, - səyyah qeyd edib.