- Toplum
- 13:21
- 882
Övladının dəfnində canlı yayım açan kişinin uşaqlarının vəziyyəti pisləşdi
Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Trend-ə verilən məlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir:
"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir", məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.
Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"da canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.
Aznews.az