Media və Yayım Şurası sədrinin iki müavini olacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanda media sahəsində vahid qurum – Media və Yayım Şurası yaradılacaq.

Trend-in əldə etdiyi məlumatına görə, Şura sədrinin iki müavini olacaq.

Belə ki, Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.

Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə biləcək.

Aznews.az