Astanada hər iki ölkənin baş nazirləri görüşüb Astanada hər iki ölkənin baş nazirləri görüşüb

Qazaxıstan limanlarından Azərbaycana göndərilən yüklərin həcmi - Açıqlandı

Astanada hər iki ölkənin baş nazirləri görüşüb

Bu gün Astana şəhərində Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev Azərbaycanın baş naziri Novruz Məmmədovla görüşüb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Qazaxıstan hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər iki ölkə arasında - kənd təsərrüfatı, energetika, nəqliyyat, logistika, qida və metallurgiya sənayesində əldə edilən nailiyyətlərdən danışıb.

Qeyd edilib ki, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin 8 ayında 168 milyon dollar təşkil edib, bu da ötən illə müqayisədə 2.1 dəfə çoxdur.

Azərbaycana idxal 2.2 dəfə artaraq 134.6 milyon dollar, ixrac isə 33.5 milyon dollar olub. Aktau limanından Azərbaycana 202 min ton, Kurık limanından isə 1 milyon 141 min ton yük göndərilib. Bu da ümumilikdə 1.3 milyon ton yük edir.

Babək Göyüş

AzNews.az