Yumurta qıtlığı bu ölkədə 2016-2017-ci illərdə də müşayiət olunub Yumurta qıtlığı bu ölkədə 2016-2017-ci illərdə də müşayiət olunub

Türkmənistanda yumurta da qəhətə çıxdı - Saatlarla növbə gözləyirlər

Yumurta qıtlığı bu ölkədə 2016-2017-ci illərdə də müşayiət olunub

Türkmənistanın paytaxtı Aşxabad şəhərində istər dövlət, istərsə də özəl mağazaların piştaxtalarında yumurta qəhətə çıxıb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Türkmənistanın xronikası" nəşrinin jurnalisti yayıb.

Mənbə yazır ki, bəzən yük maşınları bazarlara yumurta daşıyaraq elə kuzovdaca bir yumurtanı 33 qəpiyə satırlar.

İnsanlar yumurta almaq üçün saatlarla həmin maşınları gözləməli olurlar. Dəllarlar isə yumurtaların bir dənəsini özəl mağazalara 70 qəpiyə sataraq qazanc əldə edirlər.

Deyilənə görə, yumurta qıtlığı Türkmənistanda 2016-2017-ci illərdə də müşayiət olunub.

Babək Göyüş

© AzNews.az