Həbsxanada qiyam qalxdı - 13 məhbus öldü, qaçanlar var

Qiyam dünən gecə saat 22.30-da başlayıb

Tacikistanın şimalında yerləşən həbsxanada məhbusların qiyamı olub.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, hadisə Soqdiy vilayətinin Xudjande şəhərində ciddi rejimli həbsxanada baş verib.

RİA novosti yazır ki, qiyam nəticəsində 13 məhbus ölüb. Qaçanların olduğu haqda da məlumat yayılıb.

Məhbusların biri agentliyin müxbirinə bildirib ki, İŞİD üzvü olan məhbuslardan biri mühafizəçinin avtomatını əlindən alaraq digər mühafizəçilərə atəş açıb. Nəticədə məhbuslar qiyam qaldırıb və korpuslardan biri ələ keçirilib.

Qiyamın Soqdiy vilayətinin daxili işlər idarəsinin xüsusi təyinatlı dəstələri tərəfindən yatırıldığı deyilir.

Qiyam dünən gecə saat 22.30-da başlayıb.

Şahidlər deyir ki, ölkənin bütün şəhərlərində, Özbəkistan və Qırğızıstana gedən magistral yollarda nəzarət gücləndirilib, güc strukturlarının silahlı əməkdaşları hər kəsi yoxlayır.

Babək Göyüş

AzNews.az