ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib. ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib.

ABŞ Türkiyə sərhədində 5 000 terrorçunu silahlandırdı

ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib.

Publika.az xəbər verir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib.

Türkiyə mətbuatının məlumatlarına görə, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğular, tank əleyhinə mexanizmlər istifadəsi, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması öyrədilib.

ABŞ tərəfindən verilən təlimlər “Sərhəd Təhlükəsizliyi Birliyi Xüsusi Təlimlər” başlığı altında gerçəkləşdirilir. Təlimlərin ilk günündən etibarən bütün terror təşkilatı üzvlərinə Pentaqon tərəfindən 200 dollar məbləğində maaş verilir.

Qeyd edək ki, ABŞ İŞİD-lə mübarizə adı altında PKK/YPG terrorçularına hərbi, elmi dəstək verir, onları silahlandırır.