Ukraynada əhali gecə küçələrə axışdı - Rusiyaya qarşı etiraz başladı

“Xarkov Rusiya deyil”, “Rusiya işğalçıdır”, “Donetsk Rusiya deyil” şüarları səsləndirilib

Bu gecə Rusiya Federasiyanın Ukraynanın Lvov və Xarkov şəhərlərindəki konsulluqlarının önündə etiraz aksiyaları keçirilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Lvovda aksiya iştirakçıları konsulluğun önündə təkər yandırıblar, Xarkovda isə “Xarkov Rusiya deyil”, “Rusiya işğalçıdır”, “Donetsk Rusiya deyil” şüarları ilə konsulluğun divarı önünə gəliblər və ora kağızdan düzəldilən “gəmilər” qoyublar.

Xatırladaq ki, Kiyevdə də Rusiya səfirliyinin binası önündə aksiya keçirilib. Hadisənin pis məcraya yönəlməsinin qarşısını almaq üçün əraziyə Milli Qvardiyanın və polis idarələrinin əməkdaşları yeridilib və situasiya sakitləşdirilib.

Babək Göyüş

© AzNews.az