Nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar. Nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar.

Ukrayna xarici vətəndaşlar üçün Krıma girişi bağladı

Nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar.

"Hərbi vəziyyətə görə yalnız Ukrayna vətəndaşları işğal olunmuş Krımla inzibati sərhədi keçə bilərlər".

Bunu Ukrayna Dövlət Sərhəd Xidməti rəhbərinin birinci müavini Vasili Servatük deyib.

"Ukraya vətəndaşları əvvəlki kimi, dövlət sərhədini, həmçinin giriş-çıxış nöqtələrini və ətraf mühitin mühafizəsi sahəsindəki demarkasiya xəttini sərbəst şəkildə keçə bilərlər", - deyə o əlavə edib.

Eyni zamanda Servatük qeyd edib ki, sərhədçilər "risk qrupuna daxil olan şəxslər"ə xüsusi diqqət yetirirlər, həmçinin nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar.

Bundan əvvəl Azov dənizində Rusiya ilə yaşanmış hadisə səbəbindən Ukraynada hərbi vəziyyət elan olunub. (report)

AzNews.az