"Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər". "Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər".

Rusiya Belarusu tutsa, Kiyev blokadaya düşəcək - ukraynalı jurnalist

"Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər".

Əgər Rusiya Belarusun ələ keçirilməsi ssenarisini reallaşdıra bilsə, Ukrayna hər tərəfdən düşmən əraziləriylə əhatələnmiş olacaq.

Bunu Yutubdakı videobloqunda çıxışı zamanı məşhur ukraynalı jurnalist Roman Simbalyuk deyib. Onun sözlərinə görə, bu, Donbasın azad edilməsi üçün aparılan müharibənin gedişinə neqativ təsir göstərəcək:

“Bizim üçün əsas olan odur ki, Belarus düşsə, biz faktiki olaraq Rusiyanın əhatəsində olacağıq. Müharibə nöqteyi nəzərincə, bu, bizim faydamıza deyil. Ona görə də öz ölkəniz üçün savaşın.

Kremlin Belarusu diqqət dairəsinə salmasından sonra Ukraynanın rahat nəfəs alacağını düşünmək doğru deyil. Rusiya böyük və güclü ölkədir. Söhbət hansısa pis işlərdən gedəndə onun hər şeyə gücü yetər. Ona görə də gəlin, diqqətli olaq”. (Axar.az)