Tailandın cənub hissəsində “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 4-ə çatıb. Tailandın cənub hissəsində “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Qasırğa dörd can aldı

Tailandın cənub hissəsində “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Üç gün ərzində qasırğanın gətirdiyi şiddətli yağışlar və güclü külək ciddi fəsadlara səbəb olub. Bəzi yerlərdə yaşayış məntəqələrini su basıb, güclü külək ağacları kökündən qoparıb, elektrik dirəklərini aşırıb. Külək və yağış yüzlərlə evi və inzibati binanı yararsız hala salıb. Ölkənin cənubundakı 7 vilayətdə 34 mindən çox sakin təxliyə edilib. Hava və dəniz limanlarının fəaliyyətində uzun fasilələr yaranıb. Ümumi maddi ziyanı təxminən 160 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Bundan başqa, bölgədə turizm sektoruna da ziyan dəyib. Belə ki, pis hava şəraiti səbəbindən turizm mərkəzlərinin fəaliyyəti dayandırılıb, çimərliklər bağlanıb. Yerli sakinlər bir əcnəbi turisti dənizdə boğulmaqdan xilas ediblər. Təxminən 20 min turist qasırğa ilə əlaqədar istirahətini təxirə salmalı olub.

Bildirilir ki, yanvarın 5-də axşam saatlarından etibarən qasırğa zəifləyib.(AZƏRTAC)

AzNews.az