Avstraliyanın Kvinslend ştatında zəhərli meduza sancmaları ilə əlaqədar 22 nəfər xəstəxanaya yerləşdirilib. Avstraliyanın Kvinslend ştatında zəhərli meduza sancmaları ilə əlaqədar 22 nəfər xəstəxanaya yerləşdirilib.

Meduzalar 22 nəfəri xəstəxanalıq etdi

Avstraliyanın Kvinslend ştatında zəhərli meduza sancmaları ilə əlaqədar 22 nəfər xəstəxanaya yerləşdirilib.

Bu haqda “SBS News” məlumat yayıb.

Məlumata əsasən, zərərçəkənlərin sayı 10 illik orta göstəricidən iki dəfə çoxdur.

İrukanci adlı kiçik, zəhərli meduza başlıca olaraq ştatın şimalındakı tropik sularda müşahidə olunur. Ancaq su temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq onlar yağışdan sonra cənuba üzə bilir.

Bundan əvvəl, Avstraliyada il ərzində 22,2 mindən çox insanın portuqal gəmiciyi (meduzaya bənzər kolonial dəniz canlısı) sancmasından zərər çəkdiyi xəbər verilirdi.(oxu.az)

© AzNews.az