Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb. Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb.

“Xiaomi” şirkəti son üç gündə xeyli qiymətdən düşüb

Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb.

Bununla da şirkət 6,5 milyard ABŞ dolları məbləğində dəyərdən düşüb.

Üç gün əvvəl qeyri-birja satışları zamanı qiymətlərin düşməsi sərmayəçilərin “Xiaomi” səhmlərinin rəsmi birja satışlarına hazırlaşması olub. Ötən il iyul ayında şirkətlə bağlı İPO həyata keçirildikdən sonrakı 6 ay ərzində səhmlərinin birjada rəsmi satışı əngəllənmişdi. Ötən müddət ərzində “Xiaomi” səhmləri 58 faiz ucuzlaşıb.

Şirkətin kotlarının azalması smartfon bazarındakı vəziyyətin pisləşməsi, habelə rəqabətin güclənməsi ilə bağlıdır.(report.az)

© AzNews.az