"Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını çox ləng azaldır". "Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını çox ləng azaldır".

“Rusiya neft hasilatını tədricən azaldır” - Ərəb nazir

"Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını çox ləng azaldır".

Bunu CNBC telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı enerji, sənaye, mineral ehtiyatlar naziri Xalid əl Falih deyib.

O, azalmanın tezləşəcəyinə ümidvar olduğunu bildirib: “Biz bazarı tarazlaşdırmaq üçün kifayət qədər addımlar atmışıq. Rusiya istədiyimizdən ləng də olsa, bu işə başlayıb, onların da 2017-ci ildəki kimi sürəti artırıb bazarın tarazlaşmasına müsbət töhfə verəcəklərinə inanıram”.

Xatırladaq ki, ötən ilin dekabr ayında OPEC+ formatının bütün iştirakçı ölkələrinin nazirlər görüşündə 2019-cu il yanvar ayından etibarən yarım il ərzində bütün OPEC və qeyri-OPEC ölkələri tərəfindən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi.(report.az)

© AzNews.az