Lukaşenko Donetskdəki münaqişəni bitirməyə çağırdı

"Baş verənlər bölgədəki rəqiblərə və düşmənlərə hədiyyədir".

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Donetskdəki “anlaşılmazlığı” bitirmək lazımdır.

O, hesab edir ki, baş verənlər bölgədəki rəqiblərə və düşmənlərə hədiyyədir.

AzNews.az TASS-a istinadən xəbər verir ki, Lukaşenko bu barədə Minskdə "Ukrayna seçimi” ictimai hərəkatının lideri, ukraynalı siyasətçi Viktor Medvedçukla görüşündə Ukraynadakı vəziyyəti müzakirə edərkən deyib:

“Bu anlaşılmazlıqdır, başqa cür adlandırıla da bilməz, bunu bitirmək lazımdır... Qardaş respublikalar, xalqlar... baş verənlər bölgədəki rəqiblərə və düşmənlərə hədiyyədir".

Medvedçuk ümid edir ki, münaqişə sülh yolu ilə öz həllini tapacaq.

Fəridə Abdulla

AzNews.az