Azərbaycan haqda sual Ermənistan parlamentində davaya səbəb oldu VİDEO

Parlamentin yeni seçilən spikeri Ararat Mirzoyan deputatları münasibətlərini iclasdan çöldə aydınlaşdırmağa çağırıb.

Yanvarın 16-da Ermənistan Milli Məclisində deputatlar arasında mübahisə düşüb.

AzNews.az news.am saytına istinadən xəbər verir ki, narazılıq "Çiçəklənən Ermənistan" partiyasından olan parlament fraksiyasının katibi Arman Abovyan və "İşıqlı Ermənistan"dan olan deputatlar arasında narazılıq yaşanıb.

Abovyan əvvəlcə "İşıqlı Ermənistan" partiyasından olan deputat, 1in.am saytının rəhbəri olan Arman Babacanyandan Ermənistan Milli Məclisində onu "Azərbaycanla bağlı tezislərini deməyə və Ukraynada ölkəsinin keçmiş səfiri Andranik Manukyana şər atmağa davam etməyə nə məcbur etdiyini" soruşub.

«Sizin tərəfinizdən səsləndirilmiş tezislər ilk dəfə Azərbaycan tərəfinin təşəbbüsü ilə informasiya sahəsində çıxdı", - belə cavab verən Abovyan əlavə edib ki, bütün bu iddialar yalandır.

Nəticədə, Abovyan tərəfindən verilən suallar və "Çiçəklənən Ermənistan" partiyasından olan deputatların, xüsusən də Qrant Mədətyanın fikirləri "İşıqlı Ermənistan" partiyasının fraksiyasının rəhbərini özündən çıxarıb. O, kreslosundan şığıyaraq öz narazılığını qabarıq şəkildə bildirməyə başlayıb.

Mübahisəyə digər deputatlar da qoşulublar. Vəziyyət o qədər gərginləşib ki, parlamentin yeni seçilən spikeri Ararat Mirzoyan deputatları iclasın gedişinə mane olmamağa və münasibətlərini iclasdan çöldə aydınlaşdırmağa çağırıb. Lakin onlar bir müddət bu çağırışı qulaqardına vurublar.

İclasdan sonra Arman Abovyan jurnalistlərlə söhbətində Babacanyanın Ermənistan səfirinin Kiyevdə Rusiya maraqlarına xidmət etdiyi fikrini absurd adlandırıb və 1in.am saytının binasında ABŞ bayrağının asıldığını deyib.

Fəridə Abdulla

AzNews.az