Avtobus 130 metr hündürlükdən yarğana düşüb. Avtobus 130 metr hündürlükdən yarğana düşüb.

Dörd futbolçu qəzada öldü

Avtobus 130 metr hündürlükdən yarğana düşüb.

Boliviyada içərisində Argentinanın “Sikles Klub Lavalye” həvəskar futbol komandasının oyunçularının da yer aldığı avtobus qəzaya uğrayıb.

“Clarin” qəzeti xəbər verir ki, avtobus 130 metr hündürlükdən yarğana düşüb. Hadisəyə səbəb nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması olub.

Qəza nəticəsində 4-ü futbolçu olmaqla, 13 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Yaralananlar arasında 6 futbolçu var.

Qeyd edək ki, yanvarın 20-də Boliviyada iki avtobusun toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, 37 nəfər xəsarət alıb.(report.az)

© AzNews.az