- Dünyanın halı
- 22 Yanvar 2019 11:30
- 1 355
Ukraynada iki azərbaycanlı həbs olundu
Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.
Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Hər iki azərbaycanlı maşın oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.
Qeyd edək ki, məlumatlara əsasən son 1 ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.(report.az)
© AzNews.az