Paytaxt Karakasda yerləşən səfirlik işləyəcək. Paytaxt Karakasda yerləşən səfirlik işləyəcək.

ABŞ Venesueladakı bəzi diplomatlarına səsləndi - "Ölkəni tərk edin!"

Paytaxt Karakasda yerləşən səfirlik işləyəcək.

ABŞ-ın Dövlət Katibliyi Venesueladakı səfirlikdə işləyən ikinci dərəcəli işçilərin ölkəni tərk etməsi barədə təlimat verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Venesueladakı səfirlik və konsulluqlarında işləyən ikinci dərəcəli işçilərin ölkəni tərk etməsi barədə təlimat verilib.

Birinci dərəcəli diplomatların isə vəzifələrinə davam edəcəyi bildirilib.

Təlimatın Venesuelada işləyən 150-yə yaxın işçinin təhlükəsizliyini təmin etməyin çətin olduğu üçün verildiyi, buna baxmayaraq paytaxt Karakasda yerləşən səfirliyin açıq qalmağa davam edəcəyi qeyd edilib.

Dövlət Katibliyi Venesuelada yaşayan ABŞ vətəndaşlarına da ölkəni tərk etmək üçün hazır olmaları barədə xəbərdarlıq edib.

Pərvanə Ağazadə

AzNews.az