Yaponiyadan Şimali Koreyaya şok müraciət

Yaponiya Şimali Koreyaya müraciət edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hökumətin Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən oğurlanan bütün yaponların gələn ay nəzərdə tutulan ABŞ-KXDR sammitinədək vətənə qaytarılmasında qətiyyətli olduğunu bəyan edib.

Oğurlanma probleminə cavabdeh olan Yoşihide Suqa bu barədə Oskada keçirilən yığıncaq zamanı bildirib. Sözügedən tədbir mərkəzi hökumət ilə Osaka prefekturasının rəhbərliyi tərəfindən ictimaiyyətin oğurlanma ilə əlaqədar daha ətraflı məlumatlandırılması məqsədilə təşkil olunub.

Yoşihide Suqa deyib ki, Yaponiya ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edərək oğurlanmış yapon vətəndaşlarının hamısının tezliklə vətənə qaytarılması üçün mümkün olan bütün addımları atacaq.(teleqraf.com)

AzNews.az