Filippinin Mindanao adasında məsciddə partlayış baş verib. Filippinin Mindanao adasında məsciddə partlayış baş verib.

Məscidə qumbara atdılar - Ölənlər var

Filippinin Mindanao adasında məsciddə partlayış baş verib.

Hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Qeyd olunur ki, dini icma rəhbərləri məsciddə olarkən naməlum şəxs oraya qumbara atıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Filippində kilsələrin birində törədilmiş partlayış nəticəsində 20 nəfər həlak olmuş, 111 nəfər yaralanmışdı.(trend.az)

© AzNews.az