Kimyaterapiyaya ehtiyac qalmayacaq. Kimyaterapiyaya ehtiyac qalmayacaq.

İsrailli alimlər xərçəngin əlacını tapdılar - onlara heç kim inanmır

Kimyaterapiyaya ehtiyac qalmayacaq.

Tədqiqatçılar qeyd edirlər ki, dərman əlavə təsirlərə malik deyil və müalicənin istənilən mərhələlərində tətbiq edilə bilər, ancaq ekspertlər hesab edirlər ki, bu mümkün deyil.

AzNews.az The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail əczaçılıq şirkəti olan Accelerated Evolution Biotechnologies-in nümayəndələri iddia edirlər ki, onlar müasir tibbdə sıçrayış etməyi bacarıblar.

Alimlərin sözlərinə görə, onlar ilk dəfə xərçəngə qarşı universal vaksin hazırlaya biliblər.

İsrail onkoloqları iddia edirlər ki, xəstəliyə yüksək aktivli maddələr yüklənmiş xüsusi peptidlər sayəsində qalib gələ biliblər. Metod sadə və effektivdir, bununla kimyaterapiyadan tamamilə imtina etmək və immuniteti yüksəltmək mümkündür.

Britaniyanın ən yaxşı onkoloqları isə bildiriblər ki, israilli həkimlər bu dərmanın effektivliyini şişirdirlər, onlar dediyi qədər xeyirli deyil. Onlar bu dərmanı yalnız siçanlar üzərində yoxlayıblar. İnsanlar üzərində isə yaxın illərlə sınanıla bilər.

Fəridə Abdulla

AzNews.az