"Görəsən, Rusiya ilə hansı lider əməkdaşlıq edəcək?" "Görəsən, Rusiya ilə hansı lider əməkdaşlıq edəcək?"

Lukaşenkodan ciddi bəyanat - "Vəzifədən gedirəm"

"Görəsən, Rusiya ilə hansı lider əməkdaşlıq edəcək?"

Belarus prezidenti Aleksandr Lukaşenko ənənəvi canlı yayım zamanı ciddi bəyanatla medianın gündəminə düşüb. O, vəzifədən gedəcəyi və ölkəyə başqa şəxsin rəhbərlik edəcəyi anonsunu verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Lukaşenko prezident vəzifəsindən "doyduğunu" deyib.

"Ancaq bizi cavabı bilinməyən bir sual maraqlandırır. "Görəsən, Rusiya ilə hansı lider əməkdaşlıq edəcək?". Mənim kim olduğumu Moskvada yaxşı bilirlər. Yeni rəhbər haqda isə bu sözləri demək çətindir. Təvazökarlığa görə məni bağışlayın". Lukaşenko belə deyib.

Belarus prezidenti Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb: "Kremldə vahid valyutadan istifadə etmək təklifini irəli sürürlər. Ancaq bu yeni pul vahidi olmalıdır. Rusiya və Belarusun hazırkı valyutasının istifadəsini qəbul edə bilmərik".

Vəzidən getmək haqda fikri Lukaşenko bir müddət öncə Minsk şəhərində Hərbi Akademiyanın kursantları önündə çıxışı zamanı da demişdi və əlavə etmişdi ki, övladlarının, xüsusilə də Nikolayın onun yolu ilə getməsini arzulamır.

Xatırladaq ki, Lukaşenko 25 ildir ki, Belarusa rəhbərlik edir. Son vaxtlar rəsmi Moskva inteqrasiya yolunda real addımlar atmadığına görə ondan narazılığını bildirir. Lukaşenko isə Belarusa satılan enerji resurslarının qiymətinə görə Kremldən "küsüb".

Ötən il dekabrın sonunda Lukaşenko Putinlə söhbəti zamanı danışıq tonunu qaldıraraq emosional fikir söyləmişdi. Görüşdə Minskə satılan qaz və neftin qiyməti müzakirə edilirmiş.

Babək Göyüş

AzNews.az