- Dünyanın halı
- 4 Mart 2019 17:40
- 3 403
Yeni imperator ictimaiyyəti mayın 4-də salamlayacaq

Yaponiyanın yeni İmperatoru ictimaiyyəti mayın 4-də salamlayacaq.
Yaponiya ictimaiyyəti yeni İmperatoru salamlamaq üçün İmperator sarayının ərazisinə mayın 4-də buraxılacaq.
Bu barədə Yaponiya İmperator sarayının işlər idarəsi məlumat yayıb. İdarənin məlumatına görə, bu tədbir mayın 1-də vəliəhd-şahzadə Naruhito taxta çıxdıqdan 3 gün sonra keçiriləcək. Hazırkı İmperator Akihito aprelin 30-da taxtdan imtina edəcək.
İşlər idarəsi ilk olaraq təntənəli mərasimin oktyabrın 22-də keçirilməsini planlaşdırırdı. Lakin sonradan idarə həmin tədbirin yeni İmperator taxta çıxdıqdan sonra dərhal keçirilməsini qərara alıb. İdarədən bildiriblər ki, mayın 4-ü ölkədə keçiriləcək 10 günlük istirahət günlərinə təsadüf etdiyinə görə, yeni tarix insanların həmin tədbirə qatılmasını asanlaşdıracaq. Həmin gün yeni İmperatorun həyat yoldaşı, yeni İmperatriçə və ailənin digər üzvləri ilə birlikdə sarayın eyvanına çıxacağı gözlənilir. Onun mərasimlə əlaqədar saray ərazisinə toplaşan insanlara salamlama nitqi ilə müraciət edəcəyi də bildirilir.
Hazırkı İmperator Akihito və İmperatriçə Miçiko bu mərasimdə iştirak etməyəcəklər.(AZƏRTAC)
AzNews.az