- Dünyanın halı
- 3 Aprel 2019 09:21
- 762
Tayvanda güclü zəlzələ

Tayvanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Taydun şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb. Təbii fəlakət ocağı 10 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Xəbər verildiyi kimi, Aleut adalarında 6,5 bal gücündə zəlzələ baş verib.(report.az)
AzNews.az