Aprelin 3-də onun məhkəmə prosesi başlayıb. Aprelin 3-də onun məhkəmə prosesi başlayıb.

Malayziyanın keçmiş baş naziri ömürlük həbs edilə bilər

Aprelin 3-də onun məhkəmə prosesi başlayıb.

Malayziyanın keçmiş Baş naziri Nacib Razak korrupsiya və milyonlarla avro məbləğində dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Aprelin 3-də onun məhkəmə prosesi başlayıb.

Bildirilib ki, ittihamlar təsdiqlənəcəyi halda, 65 yaşlı keçmiş hökumət başçısı ömürlük azadlıqdan məhrum ediləcək.

N.Razak 2009-2018-ci illərdə Malayziyanın Baş naziri olub.

Qeyd edək ki, bu ölkədə son 60 ildən çox müddətdə ilk dəfə olaraq müxalifət parlament seçkilərində qalib gəlmişdi. 2018-ci il mayın 10-da Malayziyanın sabiq Baş naziri Mahathir Məhəmmədin rəhbərlik etdiyi “Ümid alyansı” müxalifət koalisiyası ölkə tarixində ilk dəfə olaraq parlament seçkilərində qalib gəlib.(report.az)

AzNews.az