- Dünyanın halı
- 8 Aprel 2019 11:45
- 2 406
Malayziyada ağır qəza - 11 nəfər öldü

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Malayziyanın paytaxtl Kuala Lumpurda beynəlxalq aeroportun yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.
Bu barədə “The Star” nəşri məlumat yayıb. Nəşrin məlumatına əsasən, sürücünün nəzarəti itirməsi nəticəsində içərisində 43 nəfər sərnişinin olduğu avtobus su kanalına aşıb. Hadisə yerinə gələn xilasedicilər briqadası xilasetmə işlərinə başlayıb. Avtobusun sürücüsü və 9 xarici vətəndaş yerindəcə ölüb. Daha bir nəfərin xəstəxanada keçindiyi bildirilir. Qalan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qəzetin bildirdiyinə görə, bütün sərnişinlər “MAS Kargo” yükdaşıma şirkətinin işçiləri olublar.(AZƏRTAC)
AzNews.az