"Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm" "Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm"

Prezidentliyə namizədlər arasında debatla bağlı fikir ayrılığı yaranıb

"Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm"

Deyilən tarixdə və məkanda Poroşenko ilə debata hazıram, orada bütün suallarımı ünvanlayacağam.

Bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski rəqibi Petro Poroşenko ilə aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verərək deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko isə Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir.

“Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00-da başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, - deyə P.Poroşenko “Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.(AZƏRTAC)

AzNews.az