- Dünyanın halı
- 10 Aprel 2019 09:46
- 2 094
“Ərəb NATO-su” yaradılır

Ər-Riyadda 8 ölkənin rəsmiləri görüşüb
Səudiyyə Ərəbistanı “Ərəb NATO-su” adlandırılan “Strateji Orta Şərq Paktı”nın qurulması üçün işlərə başlayıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda “Strateji Orta Şərq Paktı”nın hazırlığına başlanğıc kimi ABŞ və Ərəb ölkələri arasında təşkil edilən iclasa ev sahibliyi edəcəyini açıqlayıb.
Bazar ertəsi təşkil olunan iclasa ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Oman Sultanlığı, İordaniya və Qətərdən qatılanlar olub. İştirakçıların ad və səlahiyyətləri ilə bağlı məlumat verilməyib.
İclas “bölgədə və dünyada sabitlik, təhlükəsizliyin gücləndirilməsi üçün paktın qurulması istiqamətində atılan addım” kimi dəyərləndirilib.
Ərəb dünyasında “Ərəb NATO-su” olaran adlandırılan sözügedən strateji birliyin yaradılması haqda anons 2017-ci ilin avqustunda Ər-Riyadda keçirilən Ərəb-ABŞ zirvəsindən sonra verilib.
Pərvanə Ağazadə
AzNews.az