Türkiyə və Yunanıstan rəsmiləri bir masa ətrafında toplanacaq - Səbəb

Görüş aprelin 12-də Afinada olacaq

Türkiyə ilə Yunanıstanın Xarici İşlər Nazirlikləri arasında siyasi müşavirələr keçiriləcək.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, hər iki ölkənin nazirliyi arasında siyasi müşavirələr çərçivəsində nazir köməkçisi, səfir Sedat Önal ilə Yunanıstanın Xarici İşlər Nazirliyinin baş katibi, səfir Dimitros Paraskevopoulosun rəhbərliyindəki heyətlər 12 apreldə Afinada görüşəcək.

Tədbirdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq mövzular müzakirə ediləcək.

Pərvanə Ağazadə

AzNews.az