Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb. Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb.

Çilidə təyyarə evlərə çırpıldı: ölənlər var

Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb.

Çilidə “Camanchaca” şirkətinə məxsus kiçiktutumlu təyyarə yaşayış evlərinə çırpılıb.

Bu barədə “24 horas” portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə Puerto-Mont şəhərində baş verib. Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb.

Həmin vaxt təyyarədə 6 nəfərin olduğu və onların hamısının həyatını itirdiyi deyilir.

Həmçinin hadisə baş verərkən evlərin yaxınlığında olan bir qadın xəsarət alıb. O, təcili xəstəxanaya çatdırılıb.

Hazırda təyyarə qəzasının təfərrüatları araşdırılır. (ona.az)

AzNews.az