Zelenski prezidentlik planlarını açıqladı

"Bu, bizə sərf edə bilər"

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski prezident seçiləcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə gedə biləcəklərini dilə gətirib.

Zelenski seçkilər keçirmək üçün konstitusiyanı pozmayacağını da əlavə edib.

“Əgər növbəti seçkilərə 6 ay qalana qədər bu addımı atsaq, seçkiləri keçirmək məntiqli ola bilər. Bu, bizə sərf edə bilər”.

Geniş açıqlama verən prezidentliyə naimzəd siyasətçi Putini Ukraynanın düşməni kimi tanımayıb və separatçı Luqansk və Donetsk respublikalarının sakinlərini amnistiya etməyəcəyini əlavə edib.(modern.az)

AzNews.az