Bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır Bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır

Zelenskinin andiçmə mərasiminin ilkin tarixi açıqlandı

Bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır

Ukrayanda prezident seçkisində qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 28-də keçirilə bilər.

“UNİAN” xəbər verir ki, bunu onun Seçki Qərargahının nümayəndələrindən biri deyib.

O, əlavə edib ki, bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır. Çünki 6 aydan sonra Ukrayanda növbəti parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə bülletenlərinin 99 faizini sayıb. Viladimir Zelenskiyə seçicilərin 73,15 faizi (13 milyon 262 min 89 nəfər) səs verib.

Hazırkı prezident Petro Poroşenko 24,53 faiz (4 milyon 447 min 166 nəfər) səs toplayıb. (report.az)

AzNews.az