Axtarış işlərinin növbəti gün davam etdiriləcəyi bildirilir Axtarış işlərinin növbəti gün davam etdiriləcəyi bildirilir

Kolumbiyada sürüşmə nəticəsində 28 nəfər öldü

Axtarış işlərinin növbəti gün davam etdiriləcəyi bildirilir

Kolumbiyanın Qərbi Kauka departamenti ərazisində baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 28 nəfərə qədər artıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə Nəzarət Milli Xidməti məlumat yayıb.

Daha əvvəl ölənlərin sayının 19 nəfər olduğu məlum idi.

"Son iki gündə 28 nəfərin meyiti tapılıb", - deyə xidmətin "Twitter" səhifəsində yazılıb.

Axtarış işlərinin növbəti gün davam etdiriləcəyi bildirilir.(report.az)

AzNews.az