- Dünyanın halı
- 24 Aprel 2019 11:55
- 2 777
Zelenskinin şoumen kimi sonuncu çıxışının tarixi bəlli oldu

Şoumen məşhur “Gülüş liqası” televiziya yumoristik şousunda iştirak edəcək
Ukraynada 21 aprel prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin sonuncu şousunu təqdim edəcəyi tarix açıqlanıb.
O, mayın 25-də Kiyevdə yerləşən Oktyabr Sarayında tamaşaçılar qarşısına çıxacaq.
Şoumen məşhur “Gülüş liqası” televiziya yumoristik şousunda iştirak edəcək.
Qeyd edək ki, V. Zelenski 73 faiz səslə Ukrayna prezidenti seçilib.(qafqazinfo.az)
AzNews.az