- Dünyanın halı
- 25 Aprel 2019 11:08
- 1 204
Məhkəmə növbəti dəfə Karlos Qonu girov müqabilində azad etdi
Aprelin 4-də o, yenidən həbs olunmuşdu
Aprelin 25-də Tokio dairə məhkəməsi “Nissan” avtomobil şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonu ikinci dəfə girov müqabilində azadlığa buraxıb.
Xatırladaq ki, K.Qon birinci dəfə martın 6-da 108 gün həbsdə saxlandıqdan sonra girov müqabilində azad edilmişdi. Lakin aprelin 4-də o, yenidən həbs olunmuşdu. Həbsdən sonra K.Qonun vəkilləri onun girov müqabilində azad olunması xahişi ilə müraciət etmişdilər.(AZƏRTAC)
AzNews.az